Reverberasiya

Reverberasiya – dəfələrlə əks olunması zamanı səsin intensivliyinin tədricən azalması prosesi. Reverberasiya hadisəsi bir səs mənbəyindən olan müxtəlif exo-siqnalların superpozisiyasından ibarətdir. Bəzən reverberatorların köməyi ilə bu effektin imitasiyasına da reverberasiya deyirlər. Nitqin, musiqinin yazılması, müxtəlif küy effektlərinin yaradılması zamanı süni reverberasiyanın istifadə edilməsi audiosiqnalların ümumi emalının tərkib hissəsidir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne